Kiçik çillə bu gecə başa çatdı

Kiçik çillə bu gecə başa çatdı
03:06 20 Fevral 2015
143 Şou
Ölkə mətbuatı
A- A+

Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb. Eləcə də Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, dekabrın 22-dən qış fəsli başlayıb.

Xalq təqvimində qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.

Məlumata görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.

Xalq inanclarına görə, Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə fevralın 20-də başa çatır. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir.

Beləliklə, 20 fevralda kiçik çilləni yola salır, boz ayı qarşılayırıq. Bundan sonra havalar tədricən isinməyə doğru gedəcək. Boz ay 20 martda başa çatacaq. 2012-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 09:14 radələrində baş verəcək.

Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar...
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=327123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR