Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Olav Quttinqin Dağlıq Qarabağda qoşunların təmas xəttində atəşkəş rejiminin pozulması ilə əlaqədar açıqlama ilə çıxış edib.

Milli.Az ölkə.az-a istinadən alman deputatın sözügedən çıxışını təqdim edir:

"Almaniya Federativ Respublikası mülki vətəndaşlara qarşı istənilən hərbi təcavüzü pisləyir. Hazırda Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən hərbi təxribat və hücumlar qəbuledilməzdir. Ermənistanın bu hərəkətləri ATƏT-in Minsk Qrupunun məqsədlərinə ziddir və yalnız beynəlxalq hüququ deyil, həmçinin xarici siyasətimizin mənəvi dəyərlərini də pozur".

Milli.Az