Restoranları partladılan azərbaycanlı iş adamı kimdir? - FOTO

Restoranları partladılan azərbaycanlı iş adamı kimdir? - FOTO
09:57 20 Fevral 2015
63 Sosial
Ölkə mətbuatı
A- A+

Bu da restoranları partladılan, özü itkin düşən azərbaycanlı deputat
Fevralın 19-da mətbuatda Ukraynanın Donetsk vilayətində keçmiş vilayət sovetinin azərbaycanlı deputatı, iş adamı Məmmədəli Gülməmməd oğlu Qaçayevin kafe və restoranlarının partladılması, özünün isə itkin düşməsi haqda məlumatlar yayılıb. Xəbərlərdə M.Qaçayevin əslən Salyan rayonundan olduğu bildirilirdi.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri M.Qaçayevin kimliyini öyrənib.

Müxbirimizə məlum olub ki, Məmmədəli Gülağa oğlu (mətbuatda səhvən Gülməmməd kimi gedib-virtualaz.org) oğlu Qaçayev 1941-cı ildə Salyan rayonunda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. Salyanda ailə qurub. Həmin nikahdan bir qızı olub. Həmin qız ailə qurub və hazırda Şirvan şəhərində ailəsi ilə yaşayır.

M.Qaçayev 1970-ci ildə buradakı ailəsini qoyaraq Ukraynaya köçüb. Orada yenidən ukraynalı qadınla ailə qurub. Bu evlilikdən iki oğlu var. SSRİ dağılana kimi müxtəlif vəzifələrdə işləyib, zavod direktoru olub. Sonralar restoran açıb, uğurlu biznes adamı kimi tanınıb.

M.Qaçayevin yaxın qohumları Salyanın Babazanlı yaşayış massivində yaşasa da onlarla, demək olar ki, nadir hallarda əlaqə saxlayıb. Heç ata-anası öləndə də Azərbaycana gəlməyib. Salyana sonuncu dəfə 2001-ci ildə - qətlə yetirilmiş qardaşı Əzizağa Qaçayevin yas məclisində iştirak etməyə gəlib.

Bir neçə dəfə onu görmək üçün Ukraynaya getmiş mərhum qardaşları onun çox zəngin bir sahibkar olduğunu deyirmişlər.

Hazırda Babazanlıda yaşayan xalası qızı, həm də qardaşının həyat yoldaşı olan Bağdagül xanım deyir ki, Məmmədəli itkin düşməmişdən bir neçə gün əvvəl Rusiyanın Saratov şəhərində yaşayan bacısı Nərminə ilə telefonda danışıb, Donetskdə vəziyyətin ağır olduğunu deyib.

Nərminə isə ona Saratova köçməyi təklif etsə də bundan imtina edib.

M.Qaçayevin digər bacısı Cəmilə də Saratovda, başqa bir bacısı isə Salyanın Kürqaraqaşlı kəndində yaşayır.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR