Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər. Trend-in “Belta”ya istinadən verdiyi məlumata görə, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçuk deyib.

O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız hamı tərəfindən tanınmış prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun həll edilə bilər.

Belarus tərəfi, həmçinin gücdən istifadədən çəkinməyə çağırıb.

Bizi Twitter-dən izləyin: @trend_az