A+
A–

Bakı, 4 aprel, AZƏRTAC
Gənclər və İdman, Təhsil nazirliklərinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı, “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının və Təhsil İdman Mərkəzinin təşkilatçılığı ilə stolüstü tennis üzrə respublika çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şüa” İdman klubunda keçirilən yarışda qadın və kişi idmançılar mübarizə aparıblar. Yarışlarda 13 komanda gücünü sınayıb.
Fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri qalxıblar. Milli Aviasiya Akademiyasının komandası ikinci pillədə qərarlaşıb. Bakı Dövlət Universitetinin təmsilçiləri isə çempionatının bürünc medalını qazanıblar.
AZERTAG.AZ :Stolüstü tennis üzrə respublika çempionatının qalibləri müəyyənləşib