Bakıda silahla gəzən keçmiş məhkum tutulub

Bakıda silahla gəzən keçmiş məhkum tutulub
10:28 20 Fevral 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda silahla gəzən keçmiş məhkum tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsi, Cinayət Axtarış Şöbəsi və 26-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Elçin Ramazan oğlu Kərimduxtdan naqan tipli “Revolver” markalı silah və 3 ədəd 7,62 mm patron aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Elçin Kərimduxt əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2366320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR