"Report" xəbər verir ki, Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun 44-cü iclasında çıxış edən X.Xələfov son hadisələrlə bağlı narahatlığını ifadə edib.
O bildirib ki, Azərbaycan dünya ictimaiyyətini münaqişənin sülh yolu həllinə vadar etmək üçün Ermənistana təzyiq etməyə çağırır.
"Ermənistan Azərbaycan ərazisini tərk etməli və münaqişə Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - nazir müavini qeyd edib.
O vurğulayıb ki, təmas xəttində baş verən hadisələrə görə, bütün məsuliyyət Ermənistanın üzərinə düşür.