Milli.Az xəbər verir ki, bu gün Facebook sosial şəbəkəsində guya Müdafiə Nazirliyinə adi olduğu bildirilən "Azərbaycan Respublikası Müdafiə Nazirliyi" adlı səhifə yaradılıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, hazırda səhifənin kimlər tərəfindən və hansı məqsədilə yaradıldığına dair araşdırma gedir.
DİQQƏT: Müdafiə Nazirliyinin rəsmi facebook səhifəsi ilə yanaşı, saxtası da peyda olub - FOTO
(Bu səhifə saxtadır)

Qeyd edək ki, məhz bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin facebook sosial şəbəkəsində rəsmi səhifəsi fəaliyyətə başlayıb. Nazirliyin rəsmi açıqlamasında qeyd edilir ki, Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: https://www.facebook.com/www.mod.gov.az
DİQQƏT: Müdafiə Nazirliyinin rəsmi facebook səhifəsi ilə yanaşı, saxtası da peyda olub - FOTO
(Bu rəsmi səhifədir)

Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına facebook sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.

İlkin İzzət
Milli.Az