A–
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda fləşmob keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, fləşmobun təşkilinin əsas məqsədi orduya dəstək vermək, əsgərlərimizdə ruh yüksəkliyi yaratmaq idi.
Tədbirdə ADU-müəllim və tələbələri iştirak ediblər.
Prorektor Ə.Əliyev tələbələrə hər zaman milli ruhlu tədbirlər təşkil etməyi, sosial şəbəkələrdə xarici dillərdə məqalələr, ismarıclar yazaraq bütün dünyaya Azərbaycan tarixini, Qarabağ faciəsini, hazırda cəbhə bölgələrində gedən prosesləri, xalqımızın mərdlik və vətənpərvərliyini nümayiş etdirməyi tövsiyə edib.
Sonda universitetin müəllim və tələbələr Azərbaycanın Dövlət himnini səsləndiriblər.
AZERTAG.AZ :ADU-da “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda fləşmob keçirilib

