Bu barədə "Report"a MDB İcraiyyə Komitəsindən məlumat verilib.
Görüş zamanı xarici işlər nazirləri 2015-ci il üzrə XİN-lərarası çoxsəviyyəli məsləhətləşmələr planının həyata keçirilməsinin nəticələrini müzakirə edəcək və 2016-cı il üçün analoji plan müəyyənləşdirəcəklər.
Qeyd edək ki, iclasda iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Moskvaya yollanıb.