Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkəsi

Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkəsi
13:16 2 Yanvar 2015
353 Sosial
Ölkə mətbuatı
A- A+

Gallup şirkətinin 64 min respondent arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Fici adaları dünyanın ən xoşbəxt ölkəsi olub.

ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, araşdırma şirkətinin sorğusunda iştirak edən 65 ölkənin vətəndaşlarının 70 faizi özünü xoşbəxt hiss edir. Lakin "Xoşbəxtlik indeksində" birinci yeri Fici adaları tutub.

Sorğunun yekunları müəyyən edib ki, 2013-cü illə müqayisədə 2014-cü ildə özünü xoşbəxt hiss edən insanların sayı 10 faiz artıb. Maraqlıdır ki, sorğuya görə ən xoşbəxt qitələr Afrika və Asiya, özünü ən bədbəxt hiss edən ölkələr isə Avropadadır.

Ən bədbin proqnozları isə Yunanıstan əhalisi verib. Onlar 2015-ci ildə çoxlu sayda problemlə üzləşəcəklərini deyiblər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=43&nid=317437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR