Aprelin 16-17 Tiflis şəhərində Beynəlxalq Qafqaz Rəqs Olimpiadası keçiriləcək. Bu tədbir beynəlxalq idman və sağlamlıq gününə həsr olunacaq. Olimpiadanın çərçivəsində: müasir və estrada rəqs çempionatları, folk rəqs növlərində çempionatlar və festival, ilk beynəlxalq "GEORGİAN OPEN 2016" turniri, Cherliding və Chir Sport "GEORGİAN OPEN" Çempionatı, Hip Hop üzrə Qafqaz Kuboku keçiriləcək. Yarışa 200-dən çox iştrakçı qatılacaq.

Olimpiadanın təşkilatçiları: Gürcüstan Gənclər və İdman Nazirliyi, Gürcüstanın Meriyası, Beynəlxalq İncəsənət və Rəqs İttifaqı, Beynəlxalq Rəqs Təşkilatı, Beynəlxalq Cherliding İttifaqı, Gürcüstanın Müasir və Estrada rəqsin Milli Federasıyası.

Azərbaycan rəqqasları Azərbaycan Rəqs Assosiasiyası (ARA) dəstəyi ilə, ölkəmizin rəqs səviyyəsinin yüksək olmasını təsdiq etmək üçün Gürcüstana yola düşürlər. Xatırlamaq istəyirik ki, Azərbaycan Rəqs Asossiasiyası 2013-cü və 2015-ci ildə 4-cü və 6-ci Olimpiadasında iştirak edib.

2015-cü ildə Azərbaycanı təmsil edən iştirakçıları bizim ölkəyə bir çox kuboklar gətiriblər:

"Couple Show Dance" Nominasiyasında:

1-ci yer - Kamilla İsmaylova və Mitxat Əhmədov

Modern solo nominasiyasında:
1-ci yer Alina Kryuçkova
2-ci yer Kəmalə Əliyeva
3-cü yer Lalə Cümüdli

2015-ci ildə ildə Azərbaycanı təmsil edən iştirakçıları, həmçinin bizim ölkəyə bir çox kubokları gətirblər:

"Couple Show Dance" Nominasiyasında:

1-ci yer - Ludmila Stepanenko və Mitxat Əhmedov

"Hip Hop solo show" Nominasiyasında:

1-ci yer - Həsənov Rasul
3-cü yer - Mitxat Əhmədov

"Oriental" Nominasiyasında:

2-ci yer - Ludmila Stepanenko

Azərbaycan rəqqasları Qafqaz Kuboku uğrunda yola düşürlər - FOTO