[ 20 Fevral 2015 17:22 ]



Bakı - APA. İtaliyanın Milan şəhərinin "Teatro Filodramattici" teatrında Xocalı faciəsinə həsr olunmuş "Xocalıda Qırmızı Mələk" tamaşası səhnələşdiriləcək.

APA-nın xəbərinə görə, Lent.az-ın “Əsir düşərgəsi" layihəsinin epizodları əsasında hazırlanmış tamaşanın rejissoru Nihad İsadır.

Tamaşada tanınmış italyan aktyorları yer alıb. Tamaşa italyan dilində olacaq.


Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşəcək tamaşadan başqa, Milanda Xocalı faciəsinə həsr olunmuş sərgi də keçiriləcək. Sərgidə faciənin ağrılarını əks etdirən 40-a yaxın foto yer alacaq.

Bu gündən etibarən isə Milan şəhər nəqliyyatına məxsus 200-dək nəqliyyat vasitəsi xəttə Xocalı faciəsi haqqında stikerlərlə çıxıblar.

Şəhərin izdihamlı yerlərində faciə ilə bağlı bukletlər də paylanır.