"Qarabağ" daha bir legionerini itirdi

"Qarabağ" daha bir legionerini itirdi
18:11 20 Fevral 2015
73 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" daha bir legionerini itirib. ANS PRESS-in məlumatına görə, baş məşqçi Qurban Qurbanov Leroy Corcun хidmətindən məhrum olub.

Belə ki, hollandiyalı oyunçu sarı vərəqə limitini doldurub. "Neftçi" ilə oyunun 90+1-ci dəqiqəsində hakimin icazəsi olmadan meydançaya daxil olduğu üçün sarı vərəqə alan Leroy cəzalı duruma düşüb. Bu səbəbdən o, XXIV turda "Qəbələ"yə qarşı oynamayacaq.

Qeyd edək ki, Leroy bundan əvvəl AZAL, "Bakı" və "İnter"lə oyunlarda sarı vərəqə almışdı.

Xatırladaq ki, "Neftçi" və "Qarabağ" arasında "Bakcell Arena"da baş tutan oyunun taleyini bir qol həll edib. Reynaldo Silva 90-cı dəqiqədə vurduğu qolla "Qarabağ"a qələbə qazandırıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=327269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR