Azərbaycan-Türkmənistan təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

19:13 20 Fevral 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Təhsil naziri Mikayıl Cabbarov “ADA” Universitetinin dəvəti ilə Bakıda səfərdə olan, Türkmənistanın Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetinin rektoru Esen Aydoqdıyev ilə görüşüb.
Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycanda və Türkmənistanda aparılan təhsil islahatları, bu sahədə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, ali təhsil müəssisələrinin əməkdaşlığının inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunub.
Bildirilib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 238 türkmənistanlı tələbə təhsil alır. Onların ən çox maraq göstərdikləri ixtisas istiqamətləri sırasında neft-qaz mühəndisliyi və inşaat mühəndisliyi əsas yerləri tutur.
Nazir M.Cabbarov Türkmənistanın Bolonya prosesinə inteqrasiyası çərçivəsində Azərbaycanın təcrübəsindən yararlanmasını təklif edib və Təhsil Nazirliyinin bu istiqamətdə müvafiq dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turkmenistan_tehsil_elaqelerinin_inkisaf_perspektivleri_muzakire_olunub-833760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR