A+
A–

Göygöl, 16 aprel, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da əhalinin kütləvi pulsuz tibbi müayinəsi davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, sakinlərin tibbi müayinəsi bu məqsədlə yaradılan xüsusi komissiyanın nəzarəti altında əvvəlcədən tərtib olunan qrafik əsasında aparılır. Aparılan tibbi yoxlamalarda indiyədək 13 min 693 nəfər müayinədən keçib.
Tibbi baxışdan keçənlərin 1507 nəfəri ambulator, 134 nəfəri stasionar müalicəyə cəlb edilib. Müxtəlif xəstəliklər aşkar olunan 31 nəfər rayon sakini Bakı şəhərindəki ixtisaslaşmış xəstəxanalara göndərilib.
Qeyd edək ki, hazırda əhalinin qalan hissəsinin müayinəsi qrafik üzrə davam etdirilir. Səyyar briqadalar vasitəsilə əlil və ahıl insanların dispanserizasiyası evlərdə aparılır.
AZERTAG.AZ :Göygöldə 13 min 693 nəfərin kütləvi tibbi müayinədən keçirilməsi təmin olunub
Göygöldə 13 min 693 nəfərin kütləvi tibbi müayinədən keçirilməsi təmin olunub