Arıqlamağa yardım edən məhsullar - SİYAHI

Arıqlamağa yardım edən məhsullar - SİYAHI
00:39 21 Fevral 2015
279 Sosial
Ölkə mətbuatı
A- A+

Dietoloqlar arıqlamaqda insana yardım edən qidaların axtarışlarını davam etdirirlər. Bu səbəbdən də məhsulların siyahısı mütəmadi olaraq yenilənir.

 

Lent.az “milli.az”-a  istinadən arıqlamağa yardımçı olan 5 qidanın siyahısını təqdim edir:

 

Paxla dənələri

Bu qida insanı mütəmadi olaraq arıqladır və çəkini normada saxlayır. Lobya dənələrini qovurun. Həvəngdəstə ilə əzin və alınmış tozu su ilə qarışdırıb hər gün qəbul edin.

 

Pomidor

Bir sıra qida liflərini özündə birləşdən pomidor həzm prosesini yaxşılaşdırır. Pomidor A, C və K vitaminləri ilə zəngindir. Arıqlamaq üçün gün ərzində ən azı iki pomidor yeyin.

 

Nanə

Bu ətirli bitki həzmə yardım edən şirələrin yaranmasına yardımçı olur. Hər gün nanəli çay için və müxtəlif qidalarınıza daxil edin.

 

Kətan toxumu

Kətan toxumu mədədəki mikrofloranı aktivləşdirir və həzm prosesini dəstəkləyir. Kətan toxumunu sevimli qidalarınıza daxil edin.

 

Kokos yağı

Gün ərzində 2 qaşıq kokos yağını rasionunuza daxil etsəniz, aclıq hissi az-az gələr, iştahınız bir qədər kəsilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR