Ərdoğan ətək geyinənlərdən danışdı

Ərdoğan ətək geyinənlərdən danışdı
07:51 21 Fevral 2015
76 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan işitirak etdiyi tədbirdə ətək geyinən aksiyaçıları tənqid edib.

ANS PRESS-in məlumatına görə, ölkə başçısı ötən il 6-7 oktyabr tarixlərində ətək geyinərək terror təşkilatı adına aksiya keçirən və “molotof kokteyli” ilə ətrafa ziyan vuran etirazçılardan danışıb.

Prezident bu cür aksiyalara bundan sonra izn verməyəcəklərini vurğulayıb:

“Separatçı terror təşkilatı və onun siyasi qolu olan partiyanın nələr etdiyini gördünüzmü? 6-7 oktyabrda, üzr istəyirəm, ətək geyiniblər. güya tanınmayacaqlar. Onlar polisə hücum edirlər. “Molotof kokteyli” ilə maşınları, mağazaları yandırırlar” – deyə Ərdoğan çıxışında bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR