"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ü.Müslümov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2015-ci ilin oktyabr ayının 6-da Səbail rayon ərazisində Ü.Müslümov Elməddin Nərimanlının mobil telefonunu soyğunçuluq yolu ilə alıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü.Müslümov tutulub.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs digər soyğunçuluq hadisələri də törədib.
Ü.Müslümov Cinayət Məcəlləsinin 180-cu (soyğunçuluq) maddəsi ilə ittiham olunub.