Xocalı həqiqətləri Berkli Universitetində təqdim olunub - FOTOSESSİYA

Xocalı həqiqətləri Berkli Universitetində təqdim olunub - FOTOSESSİYA
10:32 21 Fevral 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 10:26 ]


Bakı-APA. Kaliforniyada yerləşən nüfuzlu Berkli Universitetində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Konsulluğun təşəbbüsü və dəstəyi ilə keçirilən tədbir Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti (ŞKAMC) tərəfindən təşkil olunub.

 

Tədbirdə universitetin müəllim və tələbələri ilə yanaşı diaspora fəalları da iştirak ediblər.

 

Öncə çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) ABŞ üzrə xüsusi müxbiri Yusif Babanlı Ermənistanın Azərbaycana təcavüzünün tarixi köklərindən danışıb. Qarabağ bölgəsi haqqında məlumat verən Y.Babanlı, erməni millətçilərinin iddialarının Torpaqlarımızın işğalı və Xocalı soyqırımı barədə ətraflı məlumat verən natiq, bunun Azərbaycana qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin nəticəsi olduğunu qeyd edib.

 

Sonra Xocalı qətliamının canlı şahidlərindən olan Anar Usubov çıxış edib. O, şəhərin işğalı ərəfəsində mühasirədə yaşayan əhalinin vəziyyəti, Xocalının zəbt olunması və əhalinin qarlı meşələri keçərək Ağdama doğru qaçarkən qətliama məruz qalması haqda danışıb. A.Usubov təsadüf nəticəsində sağ qaldığını qeyd edərək bildirib ki, iyirmidən çox ailə üzvu və qohumları ya öldürülüb, ya da itkin düşüblər. Foto-faktlar əsasında öz kədərli xatirələrini bölüşən Xocalı sakini qeyd edib ki, o dəhşətli gecədən sağ çıxan yüzlərlə Xocalılı illər boyu psixoloji travmadan əzab çəkiblər, onların bir qismi isə intihar edib.

 

Sonda iştirakçılar Xocalı qurbanlarının iztirablarını əks etdirən sənədli film və foto-sərgi ilə tanış olublar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR