A–
Strasburq, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Strasburqda AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib.
Komitədə qəbul edilən qərara əsasən rumıniyalı parlamentari Sezar Florin Preda Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub. O, ispaniyalı həmkarı Aqustin Kondeni əvəzləyib.
Sezar Florin Preda ASPA-da Avropa Xalq Partiyası qrupunun üzvüdür.
Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi avstriyalı parlamentari Stefan Şennakdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
AZERTAG.AZ :AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub