Bakıda məcburi köçkünlərin binası uçdu

Bakıda məcburi köçkünlərin binası uçdu
15:11 21 Fevral 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada uçqun olub.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən binalardan birində qeydə alınıb. Binadakı mənzillərdən birində uçqun olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Polisdən həmçinin bildirilib ki, uçqun baş verən binada məcburi köçkünlər məskunlaşıbmış.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR