İŞİD-dən daha bir vəhşilik

İŞİD-dən daha bir vəhşilik
18:26 21 Fevral 2015
117 Sosial
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması daha bir tarixi abidəni məhv edib.

ANS PRESS-in məlumatına görə, İraqdakı tarixi tikililərdən biri olan əl-Fərrux məscidi İŞİD qruplaşmasının yaraqlıları tərəfindən partladılıb.

Ənbar əyalətinin administrasiyasının nümayəndəsi Süleyman əl-Qabsi məscidin maksimum dağılmasına nail olmaq üçün yaraqlıların tikilinin bütün parametri boyu partladıcı yerləşdirdiklərini deyib. Onun sözlərinə görə, partlayış nəticəsində məscid təməlinə qədər dağılıb.

Ənbar əyalətində Ər-Ramadi şəhərindən 90 kilometr qərbdə yerləşən əl-Fərrux məscidinin əsası VII əsrin birinci yarısında xəlifə Ömər ibn əl-Xəttabın hakimiyyəti dövründə qoyulmuş və onun şərəfinə adlandırılmışdı. İndiyədək dəfələrlə bərpa edilən məscid son zamanlara qədər əyalət rəhbərliyinin xüsusi hesabında olub.

İraqın turizm və tarixi abidələr nazirliyinin məlumatına əsasən, İŞİD-in nəzarətində olan ərazilərdə son bir il ərzində 30-a yaxın tarixi əhəmiyyət kəsb edən dini tikili məhv edilib. Onların arasında Mosul şəhərində yerləşən Yunus Peyğəmbərin məscidi də var.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=327472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR