Ata-anası ilə dalaşıb, özünü öldürmək istədi

Ata-anası ilə dalaşıb, özünü öldürmək istədi
17:51 2 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada 11-ci sinif şagirdi intihara cəhd edib.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, rayonun Yuxarı Tala kənd sakini, 1998-ci il təvəllüdlü Nigar Murtuzəli qızı Ömərova yanvar ayının 1-i axşam saat 20:30 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) Şəki-Zaqatala bürosuna verilən məlumata görə, həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 11-ci sinif şagirdi olan N. Ömərova valideynləri ilə mübahisə etdikdən sonra evdə olan müxtəlif dərmanlar qəbul etdikdən sonra zəhərlənib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Nigar Ömərovaya lazımi tibbi yardım göstərilib və hazırda onun vəziyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR