Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün İrəvanda jurnalistlərlə söhbəti zamanı Azərbaycana bir qarış torpaq da güzəştə getməyəcəyini iddia edib.
ANS PRESS-in məlumatına görə, erməni nazir uydurma soyqırım abidəsini ziyarət edən zaman bildirib: "Torpaq güzəştindən söhbət gedə bilməz. Münaqişənin həlli üçün ilk növbədə etibar mühiti və muvafiq şərtlər lazımdır. Yaranmış durumda kiçik bir torpaq güzəştindən belə söhbət gedə bilməz”.
Seyran Ohaynayn Ermənistanın, hələ ki, gündəmdə olan Kazan sənədi əsasında həll varinatına hazır olmadığını nümayiş etdirib.
Beləliklə, Seyran Ohaynayn Ermənistanın, hələ ki, gündəmdə olan Kazan sənədi əsasında həll varinatına hazır olmadığını nümayiş etdirib. 2011-ci ildə Tatarıstan paytaxtı Kazanda o vaxt prezident olmuş Rusiya baş naziri Dmitri Medvedevin təşəbbüsü ilə keçirilmiş görüşdə Madrid prinsipləri əsasında müəyyən edilmiş “yol xəritəsinin” detalları açıqlanıb. Həmin detallara görə, ilkin olaraq Ermənistan Dağlıq Qarbağ ətrafında yerləşən və 1992-1994-cü illərdə erməni ordusu tərəfindən işğal edilmiş əraziləri - Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Füzuli və Ağdam rayonlarını, həmçinin Laçın rayonunun 13 kəndini tərk etməlidir.
Yalnız bundan sonra Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağın statusu barədə danışıqlar başlaya bilər. Göründüyü kimi, Ermənistan rəsmiləri, o cümlədən müdafiə naziri Seyran Ohanyan son günlərdə heç bir ərazi güzəştində söhbət gedə bilməycəyini bildirirlər. Halbuki, aprel döyüşlərindən sonra təşəbbüsü ələ almağa çalışan Rusiya təmsilçiləri münaqişənin Kazan sənədi əsasında həll edilməsinin vacibliyini vurğulayırdılar.

Təbii ki, Ermənistan rəsmilərinin bu cür yanaşması Azərbaycan üçün ərazi bütövlüyünün təmini üçün müharibədən başqa yol qoymur. Təsadüfi deyil ki, Seyran Ohanyanın bu günkü açıqlamasına cavab verən Azərbaycan Müdafi Nazirliyi bildirib:
“S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq."
“S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq. Münaqişənin sülh yolu ilə yeganə həlli isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır. Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və Ordumuzun qüdrəti ilə işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq”.
Yeri gəlmişkən, Ermənistan rəhbərlərinin bu cür bəyanatlarına bir çox erməni analitikləri də ciddi yanaşmırlar. Məsələn, erməni şərhçi Haykazn Qaqriyan Ermənistınan işğal etdiyi torpaqları bu cür inad yolu ilə əlində saxlaycağına inanmadığını bildirir:
“Status-kvonun saxlanması Ermənistanın, müharibə Azərbaycanın maraqlarına uyğundur. Dördgünlük müharibə nəticəsində status-kvo pozuldu”,- deyən jurnalist ölkəsinin status-kvonu bərpa edə bilməyəcəyini vurğulayır.
Çünki onun fikrincə, bunun üçün də müharibə lazımdır. Və ən maraqlısı budur ki, Qaqriyan bu məsələdə məhz Rusiyanı günahlandırır. Onun fikrincə, status-kvonun bərpası üçün təmas xətti məhz aprelin 1-ə olan xəttdən keçməli idi, amma bu baş vermədi: “Rusiya hərbi əməliyyatları dayandırdı, öz müttəfiqinə qarşı satqınlıq elədi”.
Erməni şərhçinin yazısından belə çıxır ki, Ermənistan rəsmiləri "torpaq güzəştindən söhbət gedə bilməz” dedikdə məhz Rusiyaya ümid edirlər. 1915-ci ildə Vanda üsyan qaldıraraq 12 min müsəlmanı qətlə yetirəndə də Rusiyaya güvənmişdilər. Amma axırı pis qurtardı və Osmanlının qanadı altında yüz illərlə dinc yaşadıqları əraziləri itirdilər. Atalar yaxşı deyib, qonşuya ümid edən ac yatar. Ac yatan isə bəzən heç ayıla bilmir.