“Bu layihələrin effekti hesabına iqtisadiyyatın, sahibkarlığın inkişafına böyük dəstək veriləcək. Biz buna olduqca nikbin baxırıq”, - deyə Ş.Sadıqov qeyd edib.
Ş.Sadıqov əlavə edib ki, Nazirlər Kabinetinin hazıladığı normativ sənədlərin böyük əksəriyyəti sahibkarlığın inkişafı baxımından olduqca əhəmiyyətlidir: “Hazırda Nazirlər Kabinetində yeni layihələr hazırlanır və bunlar sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində icra edilir”.