"Biz Azərbaycan rəhbərliyinin və Azərbaycan hökumətinin dəstəyindən olduqca məmnunuq və buna görə minnətdarıq".
Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir deyib.
Nasir Əbdüləziz Əl-Nasir BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun çox həssas və əhəmiyyətli bir dönəmdə keçirildiyini qeyd edib.
"Biz müxtəlif millətlər, icmalar və cəmiyyətlər arasında dialoq və tolerantlıq, eləcə də bir-birinə hörmət təşviq etməyə çalışırıq. Mən bilirəm ki, mədəniyyətlərarası və dinlərarası sahələrdə Azərbaycan fəal rol oynayır və bu Forumun Bakıda keçirilməsindən çox şadam", - deyə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi vurğulayıb.
Milli.Az