İŞİD İraqda ən qədim məscidlərdən birini partladıb

02:47 22 Fevral 2015
52 Dünya
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 02:44 ]

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları İraqda ən qədim məscidlərdən birini – Əl Faruk məscidini partladıblar.

APA-nın TASS-a istinadən verdiyi xəbərə  görə, Anbar əyalət administrasiyasının rəsmi nümayəndəsi Süleyman əl Kabisi məscidin tamamilə dağıdıldığını bildirib.   

 

Qeyd edək ki, Ər Ramadi şəhərindən 90 km qərbdə yerləşən Əl Faruk məscidinin əsası VII əsrin birinci yarısında xəlifə Ömər ibn əl Xəttab tərəfindən qoyulub.  

 

İŞİD silahlıları bir ildən az müddətdə İraqda 30-dək böyük tarixi əhəmiyyətə malik dini tikilililəri söküblər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR