Klinton hökumətin 50%-ni qadınlara həvalə edəcəyinə vəd verib
Paylaş
·62 baxış·1 dəq oxu
Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ-ın prezidentliyə namizəd sabiq dölət katibi Hillari Klinton seçkilərdə qalib gələcəyi təqdirdə Kabinetinin yarısını qadınların təşkil edəcəyinə vəd verib. "Report" xəbər verir ki, bu barədə MSNBC-nin məlumatında bildirilir. "Mənim kabinetim Amerika kimi olacaq, Amerikada isə əhalinin 50 faizini qadınlar təşkil edir", — deyə o əlavə edib. Klinton bu mövzu ilə bağlı əlavə şərh verməyib.