ABŞ-dan Rusiaya daha bir hədə

ABŞ-dan Rusiaya daha bir hədə
07:24 22 Fevral 2015
412 Dünya
Ölkə mətbuatı
A- A+

Vaşinqton və onun müttəfiqləri Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar Moskvaya qarşı əlavə sanksiyaların qəbul edilməsinin mümkünlüyünü müzakirə edirlər. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün ABŞ dövlət katibi Con Kerri britaniyalı həmkarı Filip Xemmondla görüşü zamanı bildirib.

 

“Biz əlavə sanksiyaları, əlavə səyləri müzakirə edirik. Mən əminəm ki, yaxın günlərdə hamıya aydın olacaq ki, biz Rusiya ilə oyun oynamaq və bu cəsarətsiz davranışın tərkib hissəsi olmaq  niyyətində deyilik”, deyə Kerri qeyd edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR