Azərbaycanlı gənclərdən təsirli VİDEO

Azərbaycanlı gənclərdən təsirli VİDEO
08:56 22 Fevral 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı bir qrup azərbaycanlı gənc maraqlı və təsirli video-çarx hazırlayıb.

ANS PRESS-in məlumatına görə, yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, dözülməz işgəncələrə məruz qalması və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edilməsi ilə XX əsrin ən böyük faciəsi kimi tarixə yazılan Xocalı soyqırımı gənclərin gözü ilə bir daha fərqli formada təqdim edilib.

"Bizi Unutma" adlı həmin layihə Müasir Gənclər klubunun və Xocalı Soyqırımı (Justice for Khojaly) səhifəsinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirilib və Xocalı Soyqırımının 23-cü anım ili üçün hazırlanıb. Bu barədə MGK-nın meneceri Orxan Ramaldanov ANS PRESS-ə məlumat verib.

Onun sözlərinə görə, bu layihə Xocalı Soyqırımı zamanı öz gələcəklərindən, arzularından və həyatlarından məhrum olan azyaşlı həmvətənlərimiz simasında soyqırımda dünyasını dəyişən hər bir soydaşımıza həsr olunur.

Qeyd edək ki, video-çarxın ssenari müəllifi Anar Abdulov, rejissoru isə Cavad Salmanlıdır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR