Sakin okeanın cənub-qərbində iki güclü zəlzələ baş verib

Sakin okeanın cənub-qərbində iki güclü zəlzələ baş verib
10:28 22 Fevral 2015
76 Dünya
Ölkə mətbuatı
A- A+


Kanberra, 22 fevral, AzərTAc 
Sakit okeanın cənub-qərbində bir-birinin ardınca iki güclü zəlzələ baş verib. Bu barədə Avstraliyanın Geoloji Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 5,5 bal gücündə ilk zəlzələ Yeni Qvineya dənizində qeydə alınıb. Zəlzələnin episentri Papua-Yeni Qvineyanın şərq sahillərindən 50 kilometr məsafədə, 198 kilometr dərinlikdə yerləşib.
Bundan doqquz dəqiqə sonra isə Solomon dənizində 5,1 bal gücündə ikinci zəlzələ olub. Onun episentrinin isə Solomon adalarının paytaxtı Honiaradan 150 kilometr qərbdə, 60 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Sunami təhlükəsi barədə məlumat verilməyib.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kanberra


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sakin_okeanin_cenub_qerbinde_iki_guclu_zelzele_bas_verib-834041

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR