Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.
Vəkilin sözlərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsə bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, hadisə ötən il Balaxanı qəsəbəsində baş verib. M.Mikayılov sevdiyi Aysel Məmmədovanı qaçırıb. Toya az müddət qalmış A.Məmmədova gələcək əri tərəfindən döyüldüyünü bildirərək, polisə müraciət edib.
Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham olunan M.Mikayılov barəsində bir ay müddətinə Sabunçu RayonMəhkəməsində həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə onu 300 manat cərimə edək, azadlığa buraxıb. Qərardan narazı qalan M.Mikayılovun müdafiəçi A.Məmmədov və zərərçəkmiş şəxs Aysel Məmmədova apellyasiya şikayətləri verib.