"İkimizin yerinə" filminin çəkilişləri başa çatıb.
"Hürriyet" yazır ki, baş rollarında Serenay Sarıkaya və Nejat İşlərin çəkildiyi "İkimizin yerinə" adlı ekran işinin çəkilişləri tamamlanıb.
Filmin ssenarisi Pınar Buluda, rejissorluğu isə Umur Turaqaya aiddir. Film kiçik qəsəbədə böyüyən qız ilə ədəbiyyat müəlliminin böyük məhəbbətindən bəhs edir.
Filmin təqdimatının nə vaxt baş tutacağı hələlik məlum deyil.
Milli.Az

