"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə AQFETM ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunu olaraq Çinin XİN başçısı Van İ məlumat verib.
Qeyd edək ki, AQFETM sammiti aprelin 27-28-də Pekində keçirilib. AQFETM Asiya ölkələri arasında qarşılıqlı əlaqələr və əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Onun tərkibinə 26 dövlət, BMT, ATƏT və Ərəb Dövlətləri Liqası (ƏDL) da daxil olmaqla 12 müşahidəçi daxildir.
Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.