"Report"un məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər ilkin qərardan kassasiya şikayəti verib.
Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.
Qeyd edək ki, hər üç şəxs 2015-ci ildə narkotik maddə satarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərinə baxış keçirilərkən külli miqdarda narkotik maddə götürülüb.
K.Abbasov, O.Cabbarov və F.Kərimov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.
2016-cı il yanvar ayının 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Abbasov 12 il, O.Cabbarov 11 il və F.Kərimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.