Daşkənddə keçirilən tədbirdə Azərbaycan dilindən də söhbət açılıb

16:58 22 Fevral 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+


Daşkənd, 22 fevral, AzərTAc
Daşkənddəki İrriqasiya və Meliorasiya İnstitutunda Beynəlxalq Ana Dili Günü ilə bağlı mərasim keçirilib.
Tədbirdə elm və mədəniyyət xadimləri, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, institutun professor-müəllim heyəti, tələbələr və jurnalistlər iştirak ediblər.
İnstitutun rektoru, professor Muxammad Xamidov Beynəlxalq Ana Dili Gününün əhəmiyyəti haqqında danışıb.
Özbəkistan Ali Məclisin deputatı Odina Jamoloddinova, ABŞ səfirliyinin əməkdaşı Laura Travis, UNESCO-nun bu ölkədəki nümayəndəliyinin məsul katibi Əlişer İkramov və başqaları Beynəlxalq Ana Dili Gününün mahiyyəti barədə məlumat veriblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirmməmmədova Azərbaycan dili haqqında söhbət açıb, mərkəzdə təşkil olunan dil kursu haqqında məlumat verib. Qeyd olunub ki, bu kursda yalnız soydaşlarımız deyil, müxtəlif xalqların nümayəndələri də Azərbaycan dilini öyrənirlər.
Sonra diasporumuzun fəal üzvü, tələbə Arzu Mirqasımova Azərbaycan dili haqqında şerlər söyləyib.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkən

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daskendde_kechirilen_tedbirde_Azerbaycan_dilinden_de_sohbet_achilib-834068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR