Pakistanda Xocalı faciəsi qurbanlarının xatirəsi silsilə tədbirlərlə yad olunacaq

19:48 22 Fevral 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+


İslamabad, 22 fevral, AzərTAc
Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı silsilə tədbirlərin reallaşdırılması nəzərdə tutulub.
İslamabaddakı Preston Universitetində təşkil olunacaq “Xocalı soyqırımı-insanlığa qarşı cinayət” adlı seminar da bu qəbildəndir.
Həmçinin Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun ölkənin nüfuzlu ingilisdilli “Pakistan Observer”, “Pakistan in the World” qəzetlərində, “Centreline” jurnalı və “DNA News” informasiya agentliyində “Dağlıq Qarabağ münaqişəsi: mənbəyi, hazırkı durumu, hüquqi aspektləri” adlı məqaləsinin dərc edilməsi nəzərdə tutulub.
Eyni zamanda urdudilli “Al Azhar ”, “Chang” qəzetlərində jurnalist Raca Mahmud Battinin “ Xocalı soyqırımı: tarixin acı səhifəsi ” adlı məqaləsinin dərc olunacaq.
Pakistanın böyük nüfuza malik olan DAWN TV kanalında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı dəhşətlərini əks etdirən videomaterial nümayiş etdiriləcək.
Pakistan Prezident Aparatının yüksək səviyyəli məmurları, Pakistan Milli Assambleyasında Pakistan-Azərbaycan dostluq qrupunun üzvlərinin iştirakı ilə faciə ilə bağlı ayrıca görüşün keçirilməsi də nəzərdə tutulur.
Xocalı faciəsinin törədildiyi gün, yəni fevralın 26-da Bari İmam ziyarətgahında ehsan veriləcək.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistanda_Xocali_faciesi_qurbanlarinin_xatiresi_silsile_tedbirlerle_yad_olunacaq-834078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR