Sosial şəbəkələrdən ancaq öz uşaqlarımın səhifələrinə baxmaq və yeni məlumatlar əldə etmək üçün istifadə edirəm.
Milli.Az report-a istinadən bildirir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN" radiosunun "Qəbuldasan" verilişində deyib.
O bildirib ki, Ana dili və Riyaziyyat fənnindən buraxılış imtahanından olan nəticələrlə əvəz edilə bilər: "Amma, hələ ki, buraxılış imtahanının səviyyəsi, xüsusi ilə 1-2 ci qrupda olan riyaziyyat fənnində olan suallarla buraxılış imtahanında olan suallar eyni səviyyədə deyil. Bu səbəbdən də, hələ bu prosesin resllaşması mümkün deyil.
Biz bununla bağlı iş görürürük, bu proses 3 il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları 3 fəndən ibarət olsun".
Milli.Az