Azərbaycana unikal tibbi ləvazimatların gətirilməsi ilə tanınan VitaFarma şirkəti 7 yaşını qeyd edir.
2009-cu ildən fəaliyyət göstərən VitaFarma şirkəti, dünyada tibb sahəsi üzrə ixtisaslaşan 31-dən çox müxtəlif şirkətin Azərbaycanda rəsmi distribyutorudur.
Şirkət, bu illər ərzində tibb dünyasının bir çox yeni və unikal məhsullarını Azərbaycana gətirmişdir. Bunların sırasında Fransa istehsalı olan uşaqlar üçün məsafədən ölçən termometr, körpələri ağcaqanaddan qoruyan ZAP qolbaqları, uşaqlarda burun dəliklərini təmizləmək üçün burun aspiratoru, Humidifer otaq nəmləndiricilərini nümunə göstərmək olar.
Ad günü münasibəti ilə endirim kampaniyası
Şirkət özünün 7 yaşı münasibəti ilə şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün şəkər aparatının qiymətini 51 AZN (50 ədəd strip daxil) endirmişdir. Bundan əlavə varikoz xəstəliyindən əziyyət çəkənlər isə xüsusi geyimlərə də (uzun corab 44 AZN, diz altı corab 25 AZN) endirim elan edir. Məhsulları əldə etmək istəyən müştərilər VitaFarma şirkətinin İnnoVita mağazasına yaxınlaşa bilərlər. Ünvan: Zərdabi küçəsi 78. Tel: (012) 409 22 32 / (012) 432 23 06 / (051) 456 71 87
https://www.facebook.com/vitafarmatn/?fref=ts