Dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreya Xalq-Demokratik Respublikasında Əmək Partiyasının qurultayı ilə bağlı olaraq xüsusi təhlükəsizlik rejimi tətbiq olunur.

Milli.Az Yonhap-a istinadən bildirir ki, ölkədə ad günləri, toylar və yas mərasimləri keçirmək yasaqlanıb.

Bununla yanaşı, Pxenyana giriş məhdudlaşdırılıb, Çinlə sərhəd boyu müşahidə gücləndirilib.

Şimali Koreyadakı yeganə partiya olan Əmək Partiyasının 7-ci, son 46 ildə ilk qurultayı cümə günü, mayın 6-da olacaq. Partiyanın Mərkəzi Komitəsi və Mərkəzi Təftiş Komitəsinin hesabatları dinlənəcək, proqram və Nizamnamə qəbul olunacaq, baş katib təyin ediləcək.

Əmək Partiyasının ötən qurultayı 1980-ci ildə keçirilmişdi.

Partiyanın baş katibi postuna ölkə lideri, 33 yaşlı diktator Kim Çen Inın "seçiləcəyi" şübhə doğurmur.

Milli.Az

Qurultaya görə toy və yaslar yasaqlandı - FOTO