Mətbəx sirləri: "Şirin barmaqlar" pirojnası - FOTO

Mətbəx sirləri: "Şirin barmaqlar" pirojnası - FOTO
07:05 23 Fevral 2015
1119 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az "Aliyənin kulinariya kitabı"na istinadən asan başa gələn pirojnanın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

450 q hazır mayasız qat-qat xəmir
200 q şirin peçenye (ovuntuq üçün)
180-200 q kərə yağı
0.5 banka qatılaşdırılmış süd (az və ya çox tələb oluna bilər)

Xəmiri 2-2.5 sm enində şəridlərə doğrayın.

Əvvəlcədən 170-180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Xəmir xeyli şişməlidir.



Krem: Kərə yağı və qatılaşdırılmış südü kasaya qoyub su hamamında yağ tamam əriyənədək qaşıqla qarışdırın.



Şirin, dadlı peçenyeni xırdalayın (toz kimi olmasın).


 
Kasanı "hamam"dan götürün, bir az soyudun.



Pirojnaları kremə batırın. Krem çox isti olsa, pirojnanın üstündən axıb gedəcək, bizə isə lazımdır ki, o, pirojnanı tam əhatə eləsin. Birdəfəyə bir neçə pirojnanı kasaya qoymaq olar. İki çəngəlin köməyilə çıxarıb boşqaba düzün ki, kremin artığı axsın.


 
Sonra pirojnaları hərtərəfli peçenye ovuntuğuna batırın.



Nuş olsun!

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/325664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR