Milanda faciəmiz anılır: 166 marşrutda “Xocalıya Ədalət”

Milanda faciəmiz anılır: 166 marşrutda “Xocalıya Ədalət”
10:04 23 Fevral 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir həftədən çoxdur ki, şəhər sakinləri arasında Xocalı soyqırımına həsr olunmuş məlumat bukletləri paylanmaqdadır

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Xocalı faciəsini 23-cü ildönümü ilə bağlı İtaliyanın Milan şəhərində silsilə tədbirlər kampaniyası davam edir. Lent.az-ın məlumatına görə, artıq 3 gündür ki, Milan şəhər nəqliyyatının 166 marşrutunda Xocalı faciəsini əks etdirən, üzərində “Xocalıya Ədalət” şüarı yazılmış banner olan avtobus, tramvay və trolleybuslar reysə çıxırlar. Onu da qeyd edək ki, bu marşrutların hərəkət trayektoriyası şəhərin bütün yaşayış məntəqələrini əhatə edir. O cümlədən, 6 marşrut bütün sutka ərzində və şəhərboyu dairəvi hərəkətdədir. Şəhər Nəqliyyat Departamenti ilə bağlanan müqaviləyə əsasən, stiker və bannerlər daha 2 həftə ərzində marşrutlarda saxlanılacaq.

 

Bundan başqa, bir həftədən çoxdur ki, şəhər sakinləri arasında Xocalı soyqırımına həsr olunmuş məlumat bukletləri paylanmaqdadır. 15 min tirajla çap edilmiş bu bukletlərin böyük hissəsi səhərin əksər teatr və mədəniyyət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə, ictimai nəqliyyatda paylanılıb. Bu aksiya 24 fevrala kimi davam etdiriləcək.

 

Fevralın 24-də isə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Milan şəhərinin mərkəzində yerləşən məşhur “Teatr Filodrammatici” Teatrında “Xocalıda qırmızı mələk” adlı tamaşanın premyerası, premyeraya qədər isə Xocalı faciəsinə həsr olunmuş sərgi təşkil ediləcək.

 

Xatırladaq ki, tamaşa Lent.az-da yayımlanan “Əsir düşərgəsi” layihəsinin motivləri əsasında hazırlanıb. Tamaşanın ssenari müəllifi Səbuhi Məmmədli, rejissoru Nihad İsadır.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR