Dayısının ölümündə günahlandırılan əməkdar artist: "Cavab verəcək"

Dayısının ölümündə günahlandırılan əməkdar artist: "Cavab verəcək"
11:29 23 Fevral 2015
130 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Lamiyə Novruzova atası ölümündə bibisi qızı, əməkdar artist Lalə Məmmədovanı günahlandırıb. Lent.az-ın məlumatına görə, “10-lar” verilişində açıqlama verən L.Məmmədova bu ittihamlara cavab verib: ”Allah rəhmət eləsin, dayım çox gözəl insan idi. Anamla çox bağlı olublar. Anam da onun itkisini çox ağır keçirir. Dayım həyatını ləyaqətlə yaşayan insan olub. Onun ruhunun xətrinə susdum. Amma o demək deyil ki, mən qorxuram. Bu, ağır ittihamdır. İnsanı ölümdə ittiham etmək çox ağırdır. Birdən-birə Lalə Məmmədova olmamışam. Şəxsiyyətimə xələl gətirən daha bir açıqlama olsa, baxmayacam qohumdur, ya da ki, yaddır. Həmin adam qanun qarşısında cavab verəcək. Peşman olsa belə, hər kəs öz yolunda, öz işi ilə məşğul olsun. Ona yazığım gəlir ki, hadisəni mediaya çıxarıb şou düzəltmək istəyir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR