"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Ramazanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Ramazanov ötən il oğurluq etməkdə təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.