Azərbaycanda tamah məqsədilə törədilən cinayətlərin sayında artım var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.

O bildirib ki, əslində, son illərdə məhkumların sayı stabil qalsa da, bu il qismən artıb: "Əsasən, dələduzluq, quldurluq, soyğunçuluq cinayətləri törədənlərin sayı artıb. Yəni, əsasən, tamah məqsədilə törədilən cinayətlərin sayında artım var. Bu isə təcridxanadan azad olunan məhkumların azadlıqda iş tapmaması ilə əlaqədardır".

Milli.Az