Rəsmi xəbərdarlıq: Süni qiymət artıranlar cəzalandırılacaqlar

12:28 23 Fevral 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Elçin Mehdiyev/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı yoxlama tədbirlərini daha da gücləndirib.

Nazirlikdən Trend-ə verilən məlumatda qeyd olunur ki, manatın məzənnəsində dəyişikliklə bağlı açıqlama yayıb. Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirib və yoxlamalar davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, manatın məzənnəsinin dəyişikliyindən sonra bəzi ticarət obyektlərində süni qiymət artımına rast gəlinir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2367093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR