"Avropa İttifaqı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hadisələrin inkişafını izləyir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə deyib.

O bildirib ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin dediyi kimi, status-kvo dayanıqlı deyil: "Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar davam edəcək".

Milli.Az