"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata əsasən, bu gün partiyanın sədri Əhməd Davudoğlunun başçılığı altında İdarə Heyətinin toplantısı olub. Vida toplantısı 40 dəqiqə sürüb. İdarə Heyəti bu il mayın 22-də Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayının keçirilməsi haqda qərar qəbul edib. Həmin toplantıda Əhməd Davudoğlu namizədliyini irəli sürməyəcək.