Bərdə məktəbliləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb

Bərdə məktəbliləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb
12:48 23 Fevral 2015
256 Ölkə
Ölkə mətbuatı
A- A+


Bərdə, 23 fevral, AzərTAc
Bərdə rayon mədəniyyət evində “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.
Rayon ictimaiyyətinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin, təhsil işçilərinin, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdikləri tədbirdə əvvəlcə narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olunub.
Polis şöbəsinin rəisi Hikmət Quliyev, prokuror Rəhim Əliyev, təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov və başqaları çıxış edərək, narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin gələcək nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, buna qarşı aparılan mübarizə tədbirlərindən ətraflı söhbət açıblar. Bildirilib ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən olan narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə profilaktik tədbirlərə geniş yer verilməli, bu bəlaya qarşı hamılıqla mübarizə aparılmalıdır. Belə tədbirlərin keçirilməsinin də əsas məqsədi bu istiqamətdə gəncləri maarifləndirmək, onlar arasında kütləvi izahat işlərini gücləndirməkdir.
Sonda narkomaniya ilə bağlı məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berde_mekteblileri_narkomaniya_ve_diger_zererli_verdislerin_fesadlari_barede_melumatlandirilib-834145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR